Gəlin, birgə tanış olaq!

Gəlin, birgə tanış olaq!

Baku Pilates Center (BPC) Azərbaycanın ilk tam təchizatlı pilates mərkəzidir. 2015 ildə təməli qoyulmuş mərkəz, Beynəlxalq təcrübəyə və sertifikata malik (Balanced Body) məşqçi heyəti ilə müştərilərinin hər zaman xidmətindədir. Pilates dərsi verən məşqçilərin hər birisi ABŞ-da fəaliyyət göstərən dünyaca məhşur  Balanced Body Pilates təlimlərini almış və beynəlxalq dərəcəli sertifikatlara yiyələnmişlər.

Bununla yanaşı olaraq BPC, Türkiyənin ilk və ən qabaqcıl pilates studiyası sayılan Pilates Baps ilə yaxından əməkdaşlıq etməkdədir. Türkiyəli mütəxəssis həmkarlarımız periodik olaraq bizim əməkdaşlarımızla əlaqə saxlayır, onlarla seminarlar təşkil edir və təcrübələrini bölüşürlər. Baku Pilates Center-də mövcud olan alətlər dünyanın ən öndə gedən markası Balanced Body-ə məxsusdur. Məşq otaqlarımızda Cadillac Trapeze, Reformer, Barrel, Chair və Spring Board kimi professional alətlər mövcuddur.

 

Pilates mərkəzimizə yeni qoşulursunuzsa, aşağıdakı məlumatları bilmək sizin üçün vacibdir.

 

Gəliş vaxtı:
Əziz müştərilər, çalışın ki, məşqinizin başlamasından 5-10 dəqiqə öncə mərkəzimizə yaxınlaşasınız. Bu müddət ərzində sizdən sağlamlıq tarixçəsi və şərtlərimizlə tanışlıq formalarını doldurmağınız istəniləcək. (şəxsiyyət vəsiqəsini təqdim etməyiniz xahiş olunur).

 

Geyim:
Adətən tələbələrimiz məşqlərə yoga şalvarı və rahat qısaqol geyinirlər. Pilateslə məşğul olarkən ayaqqabı geyinməyinizə ehtiyac yoxdur. Sizin özünüzü rahat və sərbəst hiss etməyiniz vacibdir.