Pilates xidməti

 

Ən qısa zamanda bütün ağrılarınızı Matt edin!


Ayda sadəcə 12 dərs almaqla, ağrılarınızdan azad olun və ən peşəkar trainer komandası ilə bədən ölçülərinizi formada saxlayın. 
Alətli pilates dərsləri, bu dərslər üçün xüsusi hazırlanmış Reformer alətləri ilə tətbiq edilir. Reformer alətləri bədəni stabil saxladığı üçün hərəkətlərin doğru və nizamlı şəkildə olmasına zəmin yaradır. Eyni zamanda alətlə hərəkət zamanı bədəndə ağrıların yaranmasını 0-a endirir və digər çalışma sistemlərinə nisbətən qısa bir vaxtda daha yaxşı nəticə almağa kömək edir.

 

Alətli pilates, bel və boyunda qasıq yırtığı olanlar, onurğada əyrilik və ortopedik problemləri olan insanlar üçün etibarlı və güvənilir məşq imkanı yaradır. Həkimlərin pilatesə yönləndirdiyi pasientlərə pilates proqramları vasitəsilə hər zaman müsbət nəticələr verilmişdir. Alətli pilates məşqləri həm də peşəkar idmançıların, rəqqasların, fərdi şəkildə uzun müddət idmanla məşğul olan və ya rəqs edən, bədən iradəsi güclü olan insanların performanslarını daha da artırmaq üçün istifadə olunur.

 

Pilates.az mərkəzi təcrübəli komandası və müsbət aurası ilə sizə hər zaman effektiv və həzz alacağınız bir idman fürsəti təqdim edir. Mərkəzdə dərsləri individual və qrup şəklində olmaqla 2 cür keçirilir. Pilates Bakı mərkəzi olaraq məqsədimiz, mərkəzə üzv olan müştərilərimizə daha keyfiyyətli bir xidmət göstərmək, sağlam bir həyat tərzinə başlamalarına dəstək olmaq və istədikləri hədəf üçün ən effektiv yolu göstərməkdir.