Masaj xidməti

 

Gəlin, Ümumi danışaq və ağrılardan azad olaq!

 

Təbabətdə ümumi masaj iki cür aparılır: bunlardan biri yüngül masaj, digəri isə güclü masajdır.

Ümumi masaj; orqanizmdə oksidləşmə prosesini gücləndirir, daxili üzvlərin funksional qabilliyyətini artırır, dəridə sinirlərin oyanması zəifləyir və bir sıra xəstəliklərdə ağrıların azalmasına və təmamilə yox olmasına səbəb olur, yerli və reflektor təsirlər nəticəsində masaj qan və limfa dövranını sürətləndirir.

Əzələlərdə süd turşusu və başqa üzvi turşuların miqdarını azaldır, onların kənar edilməsini gücləndirir, hemoqlabin və erotrositlərin miqdarını artırır, piy və tər vəzilərinin ifrazat funksiyalarını sürətləndirir.

Masaj əzələnin tonusunu, elastikliyini və yığılma qabiliyyətini yaxşılaşdırır, qüvvəsini artırır. Məsələn, 5 dəqiqəlik masajdan sonra yorulmuş əzələlərin iş qabilliyyəti 3 -7 dəfə artır. Stressdən və yorğunluqdan azad olmaq istəyirsinizsə, mütləq mərkəzlərimizdə masaja vaxt ayırın. 

 

 

Sizin müalicəniz bizim əlimizdədir!

 

Müalicəvi masaj; müxtəlif növ xəstəliklərin fiziki təlim və müalicəsində ən yaxşı üsuldur. Masaj dəridə qidalanma proseslərini yaxşılaşdırır, onu qabıqlanan epidermisdən təmizləyir, tər və piy vəzilərinin funksiyasını stimullaşdırır. İnfiltratların sorulmasına səbəb olur, maddələr mübadiləsini aktivləşdirir, üzv və toxumalarda qaz mübadiləsini artırır. 

Aşağıdakı xəstəliklərin aradan qaldırılması üçün müalicəvi masajdan istifadə olunur:

Bel və boyun ağrısı

Baş ağrısı və miqren

Əzələ ağrıları 

Zəif harəkət qabiliyyətinin artırılması

Zəifləmiş əzələlərin gücləndirilməsi

Halsızlaşma

Tez yorulma

Biz, sizə və uşaqlarınıza qamətin, yerişin düzgün şəkildə tənzimlənməsini, əzələlərin yaxşı inkişafı üçün xüsusi məşqlərin tərtib olunmasını, hamilələr üçün isə doğuşun gedişini yüngülləşdirən və sağlam uşağın həyata gətirilməsinə səbəb olan hərəkət komplekslərini təqdim edirik. Sizləri mərkəzimizə gözləyirik!
 

 

Bədəninizdəki əlavə toksinlər yağ kimi əriyəcək!

 

Son zamanlar ən çox yayılan masaj növlərindən biri də antisellülit masajdır. Bu masaj da tibbi bir masaj növü sayılır. Sellülit o vaxt yaranır ki, bədəndə qan doğru şəkildə hərəkət etmir, bu da zamanla əlavə toksin yağlarının bədəndə yığılmasına gətirib çıxarır. Antisellülit masaj dəridəki qan damarlarını oyandırır, qanın axışını sürətləndirir, məsamələrin yeni oksigen ilə dolmasını təmin edir və dəri altına yığılan toksin yağlarını təmizləyir. 
Antisellülit masajı əsasən ayaq bölgəsinə edilir. Bu masajdan sonra dəri altında qan dövranı yaxşılaşır və ayaq hissədən də kəsintisiz gedişinə zəmin yaradılır.

 Hərəkətsiz yaşam tərzi ilə birlikdə; siqaret, qəhvə, spirtli içkilər və fast-food yeməklər sellülitin yaranmasında ən önəmli səbəblərdir. Antisellülit masajın effektiv təsiri olması üçün onunla peşəkar müəllimlər məşğul olmalıdır. Siz də mərkəzimizə gəlin və peşəkar xidmət ilə tanış olun!

 

 

Narahat olmayın, Relaks olun!

 

Relaks masaj; bədəni rahatlatmaq, sakitləşdirmək üçün edilən və təzyiqin az olduğu bir masaj növüdür. 
Düşünün ki, səssizlikdir. Sakitləşdirici musiqi, gözəl ətirli yağlar, özlərinə xas qoxulu mükəmməl güllər və bununla bərabər masaj var. Siz sadəcə düşünün, biz həyata keçirək. Relaks masaj ilə özünüzü bir müddətlik başqa bir əhatədə hiss edin. Peşəkar mütəxəssislərimiz ilə mərkəzlərimizdə özünüzü rahat və xoşbəxt hiss edin.